Conson: Ukraynaya hücum olacağı təqdirdə Moskvanı “sərt sanksiyalar” gözləyirbackend

Conson: Ukraynaya hücum olacağı təqdirdə Moskvanı “sərt sanksiyalar” gözləyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Böyük Britaniyanın baş naziri Boris Conson Rusiya və Ukrayna arasındakı gərginliyə toxunub.

TİA.AZ Qərb mətbuatına istinadən xəbər verir ki, Böyük Britaniyanın baş naziri Moskvanın Ukraynaya müdaxiləsinin fəlakətli olacağı, London və onun müttəfiqlərinin “çox sərt” iqtisadi sanksiyalar paketinin tətbiqinə gətirib çıxaracağını bildirib.

“Əgər Rusiya Ukraynanın müstəqil ərazisinə hücum edəcək qədər qorxusuz və ağılsız olsa, bizim müttəfiqlərimiz və Böyük Britaniya tərəfindən çox sərt iqtisadi sanksiyalar paketi ilə üzləşəcək” – o, Britaniya parlamentindəki çıxışında söyləyib.

O, sanksiyaların və NATO qüvvələrinin səfərbər edilməsi ilə yanaşı, London və NATO müttəfiqlərinin hücum zamanı Kiyevə yardım planlarının olduğunu da qeyd edib.

“Ukraynaya hücum təkcə ölkəsi və Rusiya üçün deyil, bütün dünya üçün fəlakətli olacaq. Ukrayna ilə sərhəddə böhranla qarşı-qarşıyayıq” – deyə Conson fikirlərinə əlavə edib.