Tribuna İnformasiya Agentliyi

Con Kennedinin kreslosu 50 min dollara satıldı

04 Avqust

ABŞ-ın 35-ci prezidenti Con Kennedinin kreslosu hərraca çıxarılıb.

TİA.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, mərhum prezidentin Dairəvi kabinetdə oturduğu kreslo 50 min dollara alıcı tapıb. Massaçusets ştatında Kennedinin Hayyanisdəki kompleksinin yaxınlığında keçirilmiş hərracda onun müqavilələr bağladığı 15 qələmi də satılıb.

 Qələmlərdən gələn gəlir isə 60 min dollar olub.