Çölün ortasında üstü-açıq teatrbackend

Çölün ortasında üstü-açıq teatr

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Google Map üzərindən tapılan insan ayağı dəyməmiş, sahibsiz tikililər hər zaman geniş marağa səbəb olub.

Belə maraq Estoniyalı fotoqraf Kuapoa Kikkanı Sina çölünə qədər gətirib çıxardıb. Gördüyü bu mənzərə qarşısında heyrətlənən fotoqraf  bu mənzərəni sosial mediada paylaşıb. Qarşınızda çölün ortasında, uzun müddət əvvəl inşa olumuş, lakin heç istifadə olunmamış üstü-açıq teatr…

Kuapo Kikka əldə etdiyi bilgilərə əsasən teatrda heç film təqdim olunmayıb. Kikka aldığı bilgilərə əsasən bildirir ki, “İllər öncə çılğın bir fransız Sina çölündə gəzərkən öz-özünə çölün ortasında niyə üstü açıq teatr olmasın sualını verir.

Parisə dönür və bu layihə üçün maddi yardım axtarır. Sonra Qahirəyə gedib, orada yerləşən teatrlardan birinin köhnə oturacaqlarını satın alır. Daha sonra elektrik üçün generator  daşımaq üçün traxtor tapır. Beləliklə ilk tamaşa üçün hər şey hazır olur. Lakin yerli idarə orqanları bu layihədən narahat olurlar.

Tamaşanın göstəriləcəyi ilk gecə hər şey bərbad olur…” Hələ də, ilk günki kimi olan teatrın görüntüləri internetdə geniş marağa səbəb olub.