“Coker” rekord vurdu – R reytinqli ilk film oldubackend

“Coker” rekord vurdu – R reytinqli ilk film oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Coker” filmi dünya prokatlarında bir milyard dollar toplayıb ki, bu da “böyük” R reytinqli filmlər üçün mütləq rekord sayılır.

“Forbes” bildirir ki, film “DC Films” studiyasına 62,5 milyon dollara başa gəlib.

Qeyd edək ki, “Coker” “Aquamen” və “Spiderman. Evdən uzaqda”dan sonra 2014-cü ildən bir milyard dollardan artıq kassa toplayan və “Disney” və ya “Universal “şirkətlərinə məxsus olmayan sayca üçüncü filmdir.

2014-cü ilə qədər isə belə bir nəticəni yalnız “Paramount” studiyasının məhsulu olan “Transformerlər. Məhv etmək dövrü” filmi göstərmişdi. Lakin bu film gəlirin əsas hissəsini Çin  tamaşaçılarının hesabına toplamışdı. “Coker” isə zorakılıq səhnələrinə görə Çin prokatlarına buraxılmamışdı.