Çökən tibb məntəqəsi “dilə gəldi” – Əlac et, ey TƏBİB! – VİDEObackend

Çökən tibb məntəqəsi “dilə gəldi” – Əlac et, ey TƏBİB! – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Gədəbəy rayon Mərkəzi Xəstəxanasının Fərzalı kənd məntəqəsi bərbad vəziyyətdədir.
Bakupost.az xəbər verir ki, bununla bağlı sosial şəbəkədə görüntülər yayılıb.
Bildirilir ki, sağlamlıq ocağı hər an uça bilər.
Görüntülərdə otaqdakı pis vəziyyət, döşəmənin çökməsi, divarların çat atması əks olunub.
Hətta iddia olunur ki, işçilər iş vaxtı qorxudan məntəqənin həyətində otururlar.Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi ilə (TƏBİB) əlaqə saxladıq.
Qurumdan bildirildi ki, görüntülər araşdırılıb məlumat veriləcək.
Səhiyyə Nazirliyindən isə qeyd olundu ki, bu məsələnin nazirliyə aidiyyəti yoxdur:
“Tibb müəssisələri TƏBİB-in tabeliyindədir”.