Tribuna İnformasiya Agentliyi

ÇL: “Yuventus” və “Siti” növbəti mərhələdə – VİDEO

08 Mart

Çempionlar liqasının 1/8 final mərhələsində keçirilən matçlardan sonra  növbəti mərhələyə vəsiqə qazanan komandaların adları məlum olub.

TİA.AZ xəbər verir ki, Uembli stationunda keçirilən matçda “Yuventus”  İngiltərənin “Tottenhem” klubuna 1:2 hesabı ilə qalib gəlib. Birinci hissə ingilislərin xeyrinə başa çatsa da, ikinci hissədə argentinalı strayker Paulo Dibala və Qonsalo İquainin vurduğu qollar “Qoca sinyora”ya zəfər qazandırıb.

Qeyd edək ki, ilk oyunda iki qollu bərabərlik  (2:2) qeydə alınmışdı.