ÇL: “Olimpiya”– “Qarabağ” – 0:1backend

ÇL: “Olimpiya”– “Qarabağ” – 0:1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Azərbaycan klubları üçün avrokubok mövsümünə start verilib.

Apasport.az saytının məlumatına görə, son 5 mövsümün çempionu “Qarabağ” mübarizəyə qoşulub.

Çempionlar Liqasında çıxış edən təmsilçimiz I təsnifat mərhələsinin ilk oyununa çıxıb. Ağdam klubu Sloveniyanın “Olimpiya” klubu ilə qarşılaşmada qüvvəsini sınayıb. Ardıcıl 5-ci dəfə qitənin ən nüfuzlu klub turnirində mübarizə aparan Qurban Qurbanovun yetirmələri ilk oyunu səfərdə keçirib. Lyublyananın “Stojitse” stadionunda baş tutan qarşılaşma təmsilçimiz üçün uğurlu alınıb. Azərbaycan çempionu Vild-Donald Geryenin yeganə qolu sayəsində səfərdən qalibiyyətlə dönüb və cavab matçı öncəsi ciddi üstünlük əldə edib.

 Qeyd edək ki, komandalar arasında cavab oyunu iyulun 18-də keçiriləcək.

 

Çempionlar Liqası

 

I təsnifat mərhələsi, ilk oyun

 

 

11 iyul

 

“Olimpiya” (Sloveniya) – “Qarabağ” (Azərbaycan) – 0:1

 

Qol: Vild-Donald Gerye, 79

 

Lyublyana, “Stojitse” stadionu