Bu gün Azərbaycan klubları üçün avrokubok mövsümünə start verilib.
Apasport.az saytının məlumatına görə, son 5 mövsümün çempionu “Qarabağ” mübarizəyə qoşulub.
Çempionlar Liqasında çıxış edən təmsilçimiz I təsnifat mərhələsinin ilk oyununa çıxıb. Ağdam klubu Sloveniyanın “Olimpiya” klubu ilə qarşılaşmada qüvvəsini sınayıb. Ardıcıl 5-ci dəfə qitənin ən nüfuzlu klub turnirində mübarizə aparan Qurban Qurbanovun yetirmələri ilk oyunu səfərdə keçirib. Lyublyananın “Stojitse” stadionunda baş tutan qarşılaşma təmsilçimiz üçün uğurlu alınıb. Azərbaycan çempionu Vild-Donald Geryenin yeganə qolu sayəsində səfərdən qalibiyyətlə dönüb və cavab matçı öncəsi ciddi üstünlük əldə edib.
Çempionlar Liqası
I təsnifat mərhələsi, ilk oyun
11 iyul
“Olimpiya” (Sloveniya) – “Qarabağ” (Azərbaycan) – 0:1
Qol: Vild-Donald Gerye, 79
Lyublyana, “Stojitse” stadionu