backend

ÇL-da bu gün hansı oyunlar var?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Çempionlar Liqasında qrup mərhələsinin son oyunlarına start veriləcək.  Bu gün Çempionlar Liqasında qrup mərhələsinin son oyunlarına start veriləcək. 

TİA.AZ-ın məlumatına görə, ilk oyun günündə A, B, C və D qrupunda yer alan komandalar mübarizəni başa vuracaqlar.

Bu gün keçiriləcək qarşılaşmaların əksəriyyəti formal xarakter daşıyır. Yalnız B qrupunda mübarizə aparan “Napoli”, “Benfika” və “Beşiktaş”ın 1/8 finala yüksəlmək şansı var. Səfərdə Kiyev “Dinamo”sunun qonağı olacaq İstanbul klubu qələbə qazanmaqla növbəti mərhələyə yüksələ bilər. Kiyevdə heç-heçə qeydə alınsa və “Benfika” qələbə qazansa, o zaman “Napoli” mübarizəni Avroliqada davam etdirəcək.

Qeyd edək ki, bütün qarşılaşmalar Bakı vaxtı ilə 23:45-də başlayacaq.

Çempionlar Liqası, VI tur, 6 dekabr

A qrupu

“Bazel” (İsveçrə) – “Arsenal” (İngiltərə)

PSJ (Fransa) – “Ludoqorets” (Bolqarıstan)

B qrupu

“Benfika” (Portuqaliya) – “Napoli” (İtaliya)

“Dinamo” (Kiyev, Ukrayna) – “Beşiktaş” (Türkiyə)

C qrupu

“Barselona” (İspaniya) – “Borussiya” (Münhenqladbax, Almaniya)

“Mançester Siti” (İngiltərə) – “Seltik” (Şotlandiya)

D qrupu

“Bavariya” (Almaniya) – “Atletiko” (İspaniya)

PSV (Hollandiya) – “Rostov” (Rusiya)