Tribuna İnformasiya Agentliyi

Cizgi filmləri uşaqlarda nitqin səlisliyinin pozulmasına səbəb olur – VİDEO

18 Yanvar

Uşaqların cizgi filmlə kontaktı 3 yaşından başlamalı olsa da araşdırmalara görə son zamanlar bu rəqəmlər sürətlə dəyişir. Belə ki, uşaqlar 9-10 aylığından cizgi filminə baxmağa başlayırlar. Valideynlər isə buna özlərinəməxsus şəkildə aydılıq gətirirlər. Məsələn, övladım cizgi filminə baxmadan yemək yemir, sakit olmur, daha çox probelm yaradır və s. Psixoloq Aida Nəbiyeva deyir ki, gün ərzində uşaqların 2 saatdan artıq animasiya izləməsi ciddi problemlərə gətirib çıxara bilər.

Bundan başqa uşaqların ünsiyyətində də mühüm problemlər yaranır. Belə ki, ailə bir dildə danışır. Uşaqların izlədiyi cizgi filmlər isə müxtəlif dillərdə olur. Nəticədə isə nitqin səlisliyinin pozlumasına gətirib çıxarır.

Son vaxtlar azyaşlılar daha çox yeni tipli cizgi filmlərinə baxmağa üstünlük verirlər. Mütəxəssislər isə bu tip filmlərin uşaqların psixologiyasında dərin və zərərli iz buraxdığını söyləyirlər.

Sosioloq Rəşad Əskərovun sözlərinə görə, cizgi filmləri bəzi hallarda uşaqların özünü dərk etməsi, ətraf aləmi kəşf etmələri üçün önəmli rola malik olsa da, bunu hər cizgi filminə aid edilə bilməz.

Mütəxəssilər məsləhət görürlər ki, valideynlər düzgün davranışı tənzimləməkdə daha çox normal ünsiyyətə üstünlük versinlər. Bu zaman həm filmlərdən asılığın qarşısı alınar, həm də uşaqlarda düzgün davranış tipi formalaşar.

TİA.AZ “Xəzər Səhər”in mövzu ilə bağlı hazırladığı videomaterialı təqdim edir: