backend

Civəni 5 min dollara satarkən tutuldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda civə satmaq istəyən şəxs tutulub. 

Bakıda civə satmaq istəyən şəxs tutulub.

TİA.AZ Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gədəbəy rayon sakini Asif Alıyev 2 kiloqram ağ civəni metronun “Koroğlu” stansiyası yaxınlığında 5 min ABŞ dollarına satarkən tutulub.

Faktla əlaqədar cinayət işi başlanılıb.