Tribuna İnformasiya Agentliyi

Cinsi zorakılıqda ittiham edilən CBS rəhbəri istefa verdi

10 Sentyabr
ABŞ-ın media nəhənglərindən olan CBS-in baş icraçı direktoru Les Munves seksual zorakılıq iddialarından sonra istefa verib.
Qaynarinfo BBC-yə istinadən xəbər verir ki, bu ilin iyul ayında qaldırılan zorakılıq iddiasına dünən 6 qadın da qoşulub. 68 yaşlı Munves iddiaları rədd edir. CBS bildirib ki, şirkət və Munves seksual zoralılıq əleyhinə start götürən “#MeToo” hərəkatına 20 milyon dollar yardım ayıra bilər.
1995-ci ildən bəri CBS-də çalışan Les Munvesi Cozef Ayniello əvəz edəcək.