Tribuna İnformasiya Agentliyi

Çinlilər “Windows” və “Android”ə əvəz yaradır

30 Aprel

Telekommunikasiya sahəsində iri Çin şirkətlərindən biri olan “Huawei” şirkəti öz əməliyyat sistemini yaradır.

TİA.AZ-ın “South China Morning Post” nəşrinə istinadən məlumatına görə, məqsəd “Android” və “Windows”u əvəz etməkdir.

Şirkət öz əməliyyat sistemini 2012-ci ildə yaratmağa başlayıb. Bu zaman ABŞ digər bir Çin şirkəti – ZTE-yə qarşı araşdırmaya başlayıb və bundan sonra şirkətə öz məhsullarında ABŞ texnologiyasından istifadəyə qadağa qoyub.

“Huawei”in əməliyyat sistemi, onun mobil və desktop versiyası üzərində iş “ən pis ssenari” üçün aparılıb. Yeni əməliyyat sisteminin tərtibatçıları etiraf ediblər ki, bu sistem “Android”dən bərbaddır və “Huawei” onun bazara çıxarılması üçün o zaman qərar verə bilər ki, artıq Amerika texnologiyasından istifadə edilməsi mümkün olmasın.