Çinlə Tayvan arasında vəziyyət gərginləşirbackend

Çinlə Tayvan arasında vəziyyət gərginləşir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Çin Xalq Respublikasının Xalq Azadlıq Ordusu Tayvan yaxınlığındakı Futszyan əyalətinin şərq sularında canlı atəşlə hərbi təlimlər keçirir.
Bu barədə Pinqtan şəhərinin Dəniz Təhlükəsizliyi Departamentinin məlumatında deyilir. Rəhbərliyin xəbərdarlığına əsasən, yerli vaxtla saat 8:00-dan 21:00-a qədər (Bakı vaxtı ilə 04:00-17:00) akvatoriyanın göstərilən ərazisinə hərbi və digər bütün gəmilər üçün giriş qadağandır.
Manevrlər ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Tayvana səfərinin də daxil olacağı ehtimal edilən Asiya turuna başladığı vaxta təsadüf edir.
“Flightradar” xidmətinin məlumatına görə, içində Pelosinin olduğu ABŞ Hərbi Hava Qüvvələrinə məxsus təyyarə Tayvana doğru gedir.