Çinlə ABŞ arasında diplomatik gərginlik artırbackend

Çinlə ABŞ arasında diplomatik gərginlik artır

Çin ABŞ-dan Sıçuan əyalətinin Çendu şəhərindəki Baş Konsulluğunun fəaliyyətini dayandırmağı tələb edib.

TİA.AZ  “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Çin Xalq Respublikası Xarici İşlər Nazirliyi məlumat yayıb.

Rəsmi Pekin iyulun 24-də ABŞ-ın Çindəki səfirliyini Çendudakı Baş Konsulluğun bağlanması və diplomatik nümayəndəliyə verilən icazənin geri çağırılması ilə bağlı məlumatlandırıb.

Çinin Xarici İşlər Nazirliyi vurğulayıb ki, bu tələb qanunidir, beynəlxalq hüquqa uyğundur. Rəsmi Pekin baş verənlərə görə bütün məsuliyyəti Vaşinqtonun daşıdığını bildirib. Nazirlik ABŞ-ı qərarını ləğv etməyə, ikitərəfli münasibətləri normallaşdırmağa çağırıb.

Bir müddət əvvəl ABŞ Çindən Hyustondakı Baş Konsulluğunu bağlamağı tələb etmişdi. ABŞ Dövlət Departamentinin sözçüsü Morqan Ortaqus bildirib ki, rəsmi Vaşinqton ABŞ vətəndaşlarının intellektual mülkiyyəti və şəxsi məlumatlarının qorunmasının təmin edilməsinə dair tapşırıq verib.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki