Tribuna İnformasiya Agentliyi

Çinlə ABŞ arasında məxfi sənəd qalmaqalı

08 Avqust
ABŞ-ın Nyu York şəhərində “General Electric” firmasında işləyən şəxs şirkətə aid məxfi məlumatları oğurlayaraq Çinlə paylaşıb.
Qaynarinfo-nun xarici KİV-ə istinadən məlmatına, Ədliyyə Nazirliyi tərəfindən irəli sürülən iddiada bildirilir ki, ABŞ və Çin vətəndaşı olan Xiaoqing Zheng adlı mühəndis şirkətə aid 19 min sənədi 2014-cü ildə öz email adresinə göndərib. O, son 2 ildə 5 dəfə Çinə gedib və oğurluqla əlaqədar qeydləri yazdığı dəftər ələ keçirilib. İnformasiyaların təmin edildiyi Çin firmasının dövlət tərəfindən böyük maddi dəstək aldığı deyilir.
“General Electric” isə informasiyaların mühafizəsi məsələsində Federal Tədqiqatlar Bürosu ilə əməkdaşlıq etdiyini və təhlükəsizliyin təmin edildiyini açıqlayıb.
Xiaoqing Zhengin vəkili isə informasiyaların surətinin köçürülməsinin oğurluq olmadığını, həmin şəxsin bu məlumatların patentinə sahib olduğunu vurğulayıb.