backend

Çingiz Mustafayev Fondu da fəaliyyətini dayandırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Noyabrın 26-da ANS Şirkətlər Qrupunun 25 yaşı tamam olur.  

Noyabrın 26-da ANS Şirkətlər Qrupunun 25 yaşı tamam olur. 

25 yaşın astanasında olan telekanal bu ilin iyulun 18-də yayımını dayandırıb. 

ANS telekanalı və radiosunun əməkdaşlarının bir qismi işlə təmin olunsa da, digər qismi noyabrın 26-sını gözləyir. Əməkdaşlar güman edirlər ki, məhz noyabrın 26-da ANS-çilərə yayımın bərpası ilə əlaqədar təbrik mesajı yollanacaq.

ANS Şirkətlər Qrupu prezidentinin media üzrə müşaviri Mais Məmmədov isə bir müddət əvvəl Cebhe.info-ya açıqlamasında yayımın bərpası ilə əlaqədar ümidlərin olmadığını deyib: 

“ANS artıq bağlanıb, fəaliyyəti dayanıb, ümid yoxdur”. M.Məmmədov hazırda prosesdən xəbərsiz olduğunu da bildirib:“Mən nə bilim proses hansı vəziyyətdədir? Bunu məndən soruşmayın”.

ANS-in arxivinin harada saxlanmasına gəlincə isə, M.Məmmədov arxivin şirkətin binasınd saxlandığını deyib.

 M.Məmmədov Çingiz Mustafayev Fondunun da fəaliyyətini dayandırdığını vurğulayıb: “Şirkət işləmir, gəlir yoxdur. Necə fəaliyyətini davam etdirə bilər?”.