Tribuna İnformasiya Agentliyi

“CinemaPlus”da dahi lider haqqında film nümayiş olunacaq

10 Dekabr

“CinemaPlus 28 Mall” premium kinoteatrında Azərbaycanın ümummilli liderinin vəfatının ildönümü münasibətilə “Tale” qısametrajlı sənədli filminin nümayişi keçiriləcək. 

“CinemaPlus 28 Mall” premium kinoteatrında Azərbaycanın ümummilli liderinin vəfatının ildönümü münasibətilə “Tale” qısametrajlı sənədli filminin nümayişi keçiriləcək.

“Tale” Vaqif Mustafayevin Dahi Lider haqqında çəkdiyi beşinci filmdir.

Filmdə 1985-1993-cü illərdə Prezidentin həyatında baş vermiş hadisələr əks olunur. Heydər Əliyev özü həyatının bu çətin illəri haqqında danışır.
Film dekabr ayının 12-də saat 11:00-da nümayiş olunacaq. Giriş sərbəstdir.