Çindən kənarda koronavirusa yoluxanların sayı 6000-i ötdübackend

Çindən kənarda koronavirusa yoluxanların sayı 6000-i ötdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çinin hüdudlarından kənarda СoViD-19 pnevmoniyasına yoluxmuş insanların sayı 6000 nəfəri ötüb.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) gündəlik hesabatında bildirilir.

Hesabatda qeyd edilir ki, ötən sutka ərzində dünyada 1318 yeni yoluxma hadisəsi qeydə alınıb.

ÜST-nın məlumatına əsasən, ÇXR-nın hüdudlarından kənarda, ötən gün ərzində 53 ölkədə virusa yoluxanların sayı 6009 nəfərə çatıb. Çindən kənarda ölənlərin ümumi sayı 86 (sutka ərzində 19) nəfər olub.