Çində yeni enerji mənbələri ilə işləyən avtomobillərin satışları artıbbackend

Çində yeni enerji mənbələri ilə işləyən avtomobillərin satışları artıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çində cari ilin avqust ayında yeni enerji ilə işləyən avtomobillərin (NEV) satışları xeyli artıb.

“Report” Çin Avtomobil İstehsalçıları Asosiasiyasına (CAAM) istinadən xəbər verir ki, ötən ay 109 minədək belə avtomobil satılıb ki, bu da illik hesabla 25,5 faiz artım deməkdi. Hərçənd cari ilin 8 ayı ərzində ölkədə 596 min NEV satılıb ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 26,4 faiz azdır.

Bütövlükdə tələbatın artması, hökumətin dəstək tədbirləri nəticəsində ölkədə avtomobil bazarının dirçəlməyə davam etdiyi statistik rəqəmlərdən bəlli olur. Belə ki, ötən ay Çində ümumi avtomobil istehsalı 2,12 milyon ədəd, yəni ötən ilin müvafiq dövrünə nisbətən 6,3 faiz çox, avtomobil satışları isə 2,19 milyon ədəd və 11,6 faiz artım olub.