Tribuna İnformasiya Agentliyi

Çində uçqun olub – 40 ölü, 2 yaralı

24 Noyabr

Çinin Tsyansi vilayətində inşa edilən elektrik stansiyasında uçqun baş verib. 

Çinin Tsyansi vilayətində inşa edilən elektrik stansiyasında uçqun baş verib.

TİA.AZ-ın “Sinxua” agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 40 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

Uçqun Fençen şəhərində baş verib. Hadisə yerinə xilasedicilər və təcili tibbi yardım briqadaları cəlb olunub.

Hadisənin təfərrüatları barədə hələ ki, məlumat verilmir.