backend

Çində kriminalları üzdən tanıyan cihaz yaradıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çində Şanxay Universitetinin yaratadığı süni zəka maşını 186 fotodan kriminalları sifət quruluşlarına görə düzgün aşkar edib. 

Çində Şanxay Universitetinin yaratadığı süni zəka maşını 186 fotodan kriminalları sifət quruluşlarına görə düzgün aşkar edib.

TİA.AZ xəbər verir ki, bu barədə “Teleqraf” xəbər yayıb.


Adamları ağız, göz və burnuna görə müəyyən edən cihaz hər 10 dəfədən 9-da kriminalları düzgün tapa bilib.

Qəzet yazır ki, bu xəbər kriminalların xüsusi üz quruluşuna malik olmaları barədə debatları yenidən qızışdıra bilər.

Məqalədə deyilir ki, bu cihazdan istifadə ziddiyyət yaradacaq, lakin Çində Mao zəmanəsindən indiyədək az qala bütün vətəndaşlar barədə “danqan” adlanan məxfi məlumatlar saxlanır. Bu məlumatlara vətəndaşların sağlamlığı barədə həkim qeydləri və hətta məktəbdə aldıqları qiymətlər də daxildir.

Bu “suni zəka cihazını” təlimləndirmək üçün araşdırmaçılar Şiaolin Vu və Ksi Janq 1670 çinlinin üz cizgilərini öyrəniblər. Bunların tən yarısı kriminallar olub.

Şəkillər pasportlardan götürülmüşdü və buna görə də 18-55 yaşları arasında olan adamlar neytral pozada idilər və üzləri qırxılmış vəziyyətdə idi.

Sistemi sazladıqdan sonra iki alim əlavə olaraq 186 nəfərin fotolarını yoxlayıblar və maşına kriminal və qeyri-kriminalları müəyyən etmək komandası veriblər.

Təcrübənin nəticəsindən çıxış edən alimlər deyiblər ki, nə qədər ziddiyyətli sayılsa da, belə görünür cinayət törətmiş insanlar müəyyən üz cizgilərinə malik olurlar.

Araşdırmaçılar bunu da vurğulayıblar ki, qanunpərəst vətəndaşların üz cizgiləri bir-birindən az fərqlənsə də, kriminalların görünüşündə ən müxtəlif fərqlər aşkar olunur.

Qəzet yazır ki, bu maşınların geniş tətbiq olunması üçün onların müxtəlif irq, cins və üz ifadəsi fərqlərini tanıması lazımdır.

Bu ilin əvvəllərində Pekin ölkənin ən böyük müdafiə sənayesi podratçısı “Electronics Technology Group” şirkətinə süni zəka maşınlarının yaradılması üçün dövlət sifarişi verib.

Bu sistem təhlükəsizlik kameralarına baxarkən adamların hərəkətindən kimin terrorçu akt törətməyə hazırlaşdığını müəyyən etməlidir.