Çində koronavirusa yoluxanların sayı 571 nəfərə çatıbbackend

Çində koronavirusa yoluxanların sayı 571 nəfərə çatıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çinin müxtəlif əyalətlərində koronavirusa yoluxanların sayı 571 nəfər təşkil edir.TİA.AZ “Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi bildirib.

Qeyd edilir ki, onlardan 95-i ağır vəziyyətdədir.

Virus Çin Xalq Respublikasının 25 əyalətində və mərkəzi şəhərlərində yayılıb.

Son sutka ərzində 24 əyalətdə və şəhərdə 131 yeni yoluxma sayı və 8 ölüm hadisəsi qeydə alınıb. Ölənlərin hamısı 65 yaşdan qoca insanlardır.

Ölkənin 13 əyalətində həmçinin koronavirusa yoluxma şübhəsi ilə 257 yeni hadisə qeydə alınıb.

Daha əvvəl Çində koronavirusa 473 yoluxma və 17 ölüm hadisəsi barədə xəbər verilib.

 


Bulud VPS
9.99 ₼ -dan başlayan qiymətlərlə
* 25 GB SSD Disk Həcmi
* 1 vCore
* 1 GB RAM
* 1TB Trafik
* 1 IPv4 ünvan
Daha geniş məlumat almaq istəyirsinizsə daxil olun: https://hostimul.com/cloud-vps-hosting/