Çində koronavirus qurbanlarının sayı 2,7 min nəfəri ötübbackend

Çində koronavirus qurbanlarının sayı artıb.

Bu barədə  TİA.AZ  RİA “Novosti”yə istinadla xəbər verir.

Bildirilir ki, ölkədə koronavirusdan ölənlərin sayı 2 744 nəfərə çatıb. Virusa yoluxmuş 32,4 min nəfər sağalaraq xəstəxanalardan evə buraxılıb.

Məlumata görə, ölkənin 31 əyalətində ümumilikdə virusa 78 497 yoluxma halı qeydə alınıb. Bir gündə Xubey əyalətində virusa 409 yeni yoluxma qeydə alınıb, 26 nəfər virusun qurbanı olub.