Çində havada yazmaq üçün lazer yaradıldıbackend

Çində havada yazmaq üçün lazer yaradıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çin alimləri havada heroqliflər yarada bilən lazeri nümayiş etdiriblər.

Bu lazerlərdən artıq bir sıra optik illüziyalar yaratmaq üçün istifadə olunurdu. Lakin əvvəllər bu məqsədlə onlara toz və ya tüstü kimi vasitələr lazım idi.Yeni cihaz isə heç bir əlavə vasitə tələb etmir.

Tədqiqatçılar deyirlər ki, lazer hava molekullarından elektronları çıxarmaq və onları işığa çevirmək üçün ultraqısa impulslardan istifadə etməklə istənilən yerdə naxışlar çəkə bilər.

Alimlər ümid edirlər ki, bir gün bu texnologiya yüksəkdəqiqlikli vasitələr, beyin cərrahiyyəsi, tibbi alətlər və kvant hesablamaları kimi sahələrdə praktiki tətbiqini tapacaq.