Tribuna İnformasiya Agentliyi

Çində piyada körpüsü selfi səbəbindən uçub

17 Avqust

Çinin Xunan əyalətində piyada körpüsü uçub.

TİA.AZ-ın məlumatına görə, Duntsyanxu su anbarının üzərindən keçən piyada körpüsünün uçmasına səbəb turistlərdən birinin selfi çəkməsi olub.

Belə ki, turistlərdən biri selfi çəkərək körpüdə izdiham yaradıb və körpü ağırlığa dözməyək uçub. Nəticədə 4 nəfər yüngül xəsarət alıb.