Çin XİN Nensi Pelosinin Tayvana səfərinə görə ABŞ-a xəbərdarlıq edibbackend

Çin XİN Nensi Pelosinin Tayvana səfərinə görə ABŞ-a xəbərdarlıq edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Onun sözlərinə görə, Çin Xalq Azadlıq Ordusu ABŞ Konqresi Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvana səfərinə biganə qalmayacaq:

“Çin dəfələrlə Nensi Pelosinin Tayvana mümkün səfəri ilə bağlı ABŞ-a ciddi narahatlığını və kəskin etirazını bildirib, onun Tayvana səfər edəcəyi təqdirdə ciddi nəticələrin riskini vurğulayıb. Xalqın iradəsini gözardı etmək olmaz və odla oynayanlar onunla yandırılacaq. Ümid edirəm ki, Amerika tərəfi Çinin güclü və aydın mesajını tam başa düşüb. Onun Tayvana səfəri Çinin daxili işlərinə kobud müdaxilə, ÇXR-in suverenliyi və ərazi bütövlüyünün ciddi şəkildə pozulması, vahid Çin prinsipinin şəkildə pozulması, Tayvan boğazı bölgəsində sülh və sabitliyə əhəmiyyətli təhlükə olacaq. Çin-ABŞ münasibətlərinə nəzərəçarpacaq ziyan çox ciddi hadisələrə və ağır nəticələrə gətirib çıxaracaq. Çin tərəfi bir daha ABŞ tərəfini xəbərdar edir ki, ÇXR yüksək hazırlıq vəziyyətindədir, Çin Xalq Azadlıq Ordusu heç bir halda buna biganə qalmayacaq və ölkənin suverenliyini və ərazi bütövlüyünü qorumaq üçün mütləq güclü və təsirli cavab tədbirləri görəcək”.