Çin Uhanda karantin rejimini ləğv edəcəkbackend

Aprelin 8-də Çinin Uhan şəhərində koronavirusla əlaqədar tətbiq olunan karantin rejimi ləğv ediləcək. “Qafqazinfo” “RİA Novosti”yə istinadən bildirir ki, bu barədə Uhanın koronavirusa qarşı mübarizə qərərgahı açıqlama yayıb.

“8 aprel gecə yarısından etibarən Uhan şəhərinə giriş-çıxışa qoyulan nəzarət və idarəetmə tədbirləri aradan qaldırılacaq, şəhərin xarici nəqliyyat əlaqələri tədricən bərpa ediləcək”-, deyə açıqlamada bildirilib.

Şəhərdən çıxış və hərəkət yalnız şəhər və vilayətin sağlam sakinlərinə icazə veriləcək. Şəhəri tərk etmək istəyən sakinlər bunun üçün həkimlər tərəfindən yoxlamadan keçməli və “yaşıl sağlamlıq kodu” almalı olacaqlar.

Qeyd edək ki, son məlumatlara görə, dünyada 330 mindən çox insan koronavirusa yoluxub, 14,5 mindən çox insan isə xəstəlik səbəbindən həyatını itirib.