Çin şirkəti Rusiyaya investisiyalarını dayandırdı: hökumət belə tövsiyə edibbackend

Çin şirkəti Rusiyaya investisiyalarını dayandırdı: hökumət belə tövsiyə edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çinin Sinopec şirkəti sanksiyaların sərtləşdirilməsi ilə bağlı hökumətin “ehtiyatlı olun” çağırışına qulaq asaraq, Rusiyaya məxsus qaz-kimya zavodu və Çinə nəzərdə tutulan qaz idxalı müəsssisəsinə yatırılacaq böyük investisiyalar üzrə danışıqları dayandırıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Reuters-ə mənbələri məlumat verib.

Məlumata görə, danışıqlar yarım milyard dollar dəyərində investisiyalardan gedir.

Nəşr yazır ki, Pekinin dəfələrlə sanksiyalara qarşı olduğunu bildirməsinə, Rusiya ilə normal iqtisadi və ticarət dövriyyəsini davam etdirəcəyini israr etməsinə baxmayaraq, hökumət pərdə arxasında şirkətlərdən Rusiyaya investisiyalar zamanı diqqətli olmağı tələb edir.

 

“Rusiyanın Ukraynaya təcavüzündən sonra Çinin üç dövlət enerji nəhəngi sanksiyaların Rusiyaya yatırılmış çox milyardlıq investisiyalarına təsirini qiymətləndirir”, – nəşrin mənbələri bildirib.