Tribuna İnformasiya Agentliyi

Çin Rusiyanın dəhşətli raketinin kopyasını yaratdı

13 Aprel

Çin ordusunun raket qüvvələri məxfi şəkildə Rusiyanın “Xəncər” raketlərinə bənzər aeroballistik raketlərin sınağını keçirib.

Axar.az xəbər verir ki, “Diplomat” jurnalı yeni raketin adının CH-AS-X-13 olduğunu yazıb. Raketin ilk sınağının 2016-da, son sınağının isə 2018-də keçirildiyi vurğulanıb.

Son sınaqda raket SSRİ bombardmançısı Tu-16-nın bənzəri olan H6X1/H-6N-dən buraxılıb. CH-AS-X-13 6 min kilometr məsafədəki bütün hədəfləri vurmaq qabiliyyətindədir.

Qeyd edək ki, Rusiya “Xəncər” hipersonik aviasiya raket kompleksini 2017-ci ildə silahlanmaya qəbul edib. Moskva bu raketin qarşısını heç bir hava hücumundan müdafiə sisteminin almaq gücündə olmadığını bildirib.