Tribuna İnformasiya Agentliyi

Çin Maduronu satdı: Müxalifətlə görüşlər başladı

13 Fevral

Çin Venesuela müxalifəti ilə münasibətləri yoluna qoymağa başlayıb.

Axar.az xəbər verir ki, bu məlumatı “Vol Strit Jurnal” qəzeti yayıb. Məlumata görə, Pekin Venesueladakı investisiyalarının taleyindən narahatdır və bunun üçün də öz diplomatlarını müxalifət lideri Xuan Quaido ilə görüşə göndərib. Qəzet Çinin bu ölkədə özü üçün yaranan riski anladığını və buna görə də bütün tərəflərlə münasibətləri yoluna qoymağa çalışdığını bildirib.

Qeyd edək ki, Çin Venesuela iqtisadiyyatına 20 milyard dollar investisiya yatırıb.