Tribuna İnformasiya Agentliyi

Çin məşhur Türküstan ozanının sağ olduğunu iddia etdi-VİDEO

12 Fevral

Çinin rəsmi dövlət kanalları fevralın 10-u yaydıqları bir videoda bu günlərdə ölüm xəbəri yayılan  uyğur xalq ozanı Əbdürrəhim Həyitin guya sağ olduğunu nümayiş etdiriblər.

 TİA.AZ bu haqda “BBC”-yə istinadla xəbər verir. Sözügedən video Şərqi türküstanlı xalq ozanı Əbdürrəhim Həyitin ölüm xəbərinə edilən reaksiyalar, xüsusən Türkiyənin uyğur türklərinə  zülmlərə son qoyulması və onların həbsdə saxlandığı düşərgələrin qapadılmasıyla bağlı rəsmi tələbindən sonra yayılıb.

Xatırladaq ki,  müsəlman sənətçi Çin hökuməti tərəfindən təxminən 2 il əvvəl həbs olunub.

Video-görüntüdə özünü Ə.Heyit kimi təqdim edən şəxs   həbsdə, amma “sağ-salamat olduğunu”, guya beynəlxalq qanunları pozduğuna görə “barəsindəki istintaqın davam etdiyini, heç bir pis rəftara, təzyiq və şiddətə məruz qalmadığnı” söyləyir.

Qeyd  edək ki, “Beynəlxalq Çin Radiosu”nun(“China Radio International”) türkdilli xidməti tərəfindən Türkiyənin rəsmi Çinə xəbərdarlığından sonra yayılıb. Radionun xəbərində Türkiyənin “söylədiklərinin əsassız olduğu iddia edilir”…

Xatırladaq ki, bundan öncə rəsmi Pekin də Türkiyə dövlətinin bəyanatına cavab verərək uyğur müsəlmanlarına təzyiqlər barədə deyilənləri tamamilə təkzib edib.