Tribuna İnformasiya Agentliyi

Çin klubu İnyestanı 2 milyon şüşə şəraba aldı

17 Aprel

“Barselona”nın yarımmüdafiəçisi İnyestanın Çin klubuna keçəcəyi barədə xəbərlər uzun müddətdir gündəmdədir.

TİA.AZ  goal.az-a istinadən xəbər verir ki, heyətində Pato, Modesta kimi futbolçuların yer aldığı Tianjin Quanjian klubu İniestanın həm özünü, həm də istehsalçısı olduğu şərabları almaq üçün yaxşı təkliflə çıxış edib.

 MARCA nəşri karyerasının sonlarını yaşayan futbolçunun təklifi qəbul etdiyi bildirilir. Futbolçu yeni klubunda illik 35 milyon avro qazanacaq. Bununla yanaşı, Çin klubu “İnyesta” markalı çaxırdan 2 milyon şüşə satın alacaq.