Çin əhalisinin sayı 1,4 milyard nəfəri ötübbackend

Çin əhalisinin sayı 1,4 milyard nəfəri ötüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tayvan adası, Honkonq və Makao xüsusi inzibati zonaları istisna olunmaqla, Çin əhalisinin sayı 2019-cu ilin sonuna 4,47 milyon nəfər artaraq 1,4 milyardı keçib.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Çinin Dövlət Statistika Bürosu məlumat yayıb.

Bildirilib ki, 2018-ci ildə artım 5,3 mln. nəfər təşkil edib.

2019-cu ildə ölkədə 14,65 milyon yeni doğulan uşaq qeydə alınıb ki, bu da hər min nəfərə 10,48 yeni doğulan deməkdir. Ötən il Çində 9,98 milyon insan ölüb, əhalinin təbii artımı isə hər min nəfərə 3,34 təşkil edib.

Çin əhalisinin 715,27 milyonunu kişilər, 684,78 milyonunu qadınlar təşkil edir.

Əhalinin ümumi sayı 1 milyard 400 milyon 50 min nəfərə çatıb.