Çin “bütün bombaların anası”nı sınadı – VİDEObackend

Çin “bütün bombaların anası”nı sınadı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Çinin NORİNCO dövlət hərbi korporasiyası “bütün bombaların anası”nın milli versiyası olan yeni tipli aviasiya bombasını sınaqdan keçirib.
Dağıdıcı gücünə görə yalnız nüvə silahından geri qalan bu bomba Çin Hərbi-Hava Qüvvələrinin H-6K strateji bombardmançı təyyarəsindən atılıb.
Bombanın uzunuğu 6 metr, ağırlığı bir neçə ton olduğundan təyyarə yalnız bir belə bombanı daşıya bilir.
ABŞ “GBU-43/B Massive Ordnance Air Blast” adlı “bütün bombaların anası” adlanan aviabombanın yenilənmiş versiyasını ötən il sınamışdı. 13 ton ağırlığındakı GBU-57-də 2,5 ton partladıcı maddə var. Yalnız B-2 bombardmançı təyyarəsinin daşıya biləcəyi bu bomba torpağa dəyəndə 61 metr dərinliyədək gedir və partlayır.
Rusiya isə “bütün bombaların atası” adlanan termobarik aviasiya bombasına malikdir. 40 ton trotil ekvivalentində partlayış gücünə malik bomba partlayanda 300 metr radiusda bütün canlıları məhv edir. Bombanın gücü o qədər böyükdür ki, partlayış dalğası 2 km uzaqdakı insanı yıxır.(milli.az)