backend

Çin bu sahədə də birinci oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çində 720 milyon insan aktiv şəkildə internetdən istifadə edir.  

Çində 720 milyon insan aktiv şəkildə internetdən istifadə edir. 

Bu rəqəm demək olar ki, hər gün artır. 

690 milyon çinli sosial şəbəkələrdə hesablar malikdir, 560 milyon nəfər isə mobil telefonlar vasitəsilə online olur. Digital marketing gündəlik alış-verişdə əsas bazar alətlərindən biridir. Maraqlıdır, dünyanın ən çox əhalisinə sahib olan Çinin bazarını necə ələ almaq olar?

TİA.AZ xəbər verir ki, 2015-ci ildə Çin internet-ticarətin həcmi üzrə dünyada birinci yerə çıxıb. 2016-cı ildə ölkənin kommerisya naziri Qao Xuçen “e-commerce”nin həcminin 2014-cü illə müqayisədə üç dəfə artdığını açıqladı. Məlum oldu ki, internet ticarətin həcmi 3,2 trillion yuana (hazırkı məzənnə ilə 465 milyard dollara) çatıb.

Rəsmi statistikaya görə, ötən ilin 8 ayında internet üzərindən ticarətin həcmi 27 faiz artıb və 452 milyard dollar təşkil edib. 2017-ci ildə iqtisadiyyatın yavaş artımına baxmayaraq, Çin istehlakın dinamik böyüdüyü bazarlardan biri kimi qalacaq.

O baxımdan investorlar üçün bu bazar cəlbedicidir. Çinə qida məhsulları ixracı üzrə layihənin rəhbəri, rusiyalı Vladimir Marçenko bildirir ki, ÇXR-da Avropa ölkələrindən fərqli olaraq, satışlar pik həddədir. O qeyd edir ki, bu ölkədə əlamətdar günlərdə satışların həcmi xüsusilə artır:

“Söhbət Çin təqvimi ilə yeni il bayramından, “Subaylar Günü”ndən gedir. Xüsusilə “Subaylar Günü”ndəki endirim kampanıyası alış-verişin həcmini artırır. Konkret olaraq, “Alibaba” ən böyük ticarət meydançası olur. Şirkət online alış-verişdən bir gün ərzində 17,7 milyard dollar qazandı. 80 faizdən çox sifariş mobil telefonlar vasitəsilə edilmişdi”.