Çimərliklərdən istifadə qaydası açıqlandıbackend

Çimərliklərdən istifadə qaydası açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bütün çimərliklərə məsul şəxslər cəlb olunub. Çimərlik operatorları virusun qarşının alınması üçün lazımi tədbirlər həyata keçirəcəklər”.

TİA.AZ xəbər verir ki, bunu Bakı şəhər İcra Hakimiyyəti başçısı Aparatının rəhbəri Elgin Həbibullayev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

O bildirib ki, bütün çimərliklərdə məlumatverici lövhələr quraşdırılıb: “6 çimərlik hazır vəziyyətdə gətirilib. Yazılı məlumatlarla yanaşı, səs gücləndirici vasitələrlə hər 20 dəqiqədən bir vətəndaşlara müvafiq məlumatlar veriləcək”.

Aparat rəhbəri qeyd edib ki, dezinfeksiya işlərininin aparılması və məişət tullantılarının atılması üçün xüsusi qruplar ayrılıb və müvafiq təlimatlar alıblar: “Tibbi maskaların atılması üçün ayrıca konteyner ayrılıb”.