“Çimərliklər açılmalıdır, camaat dənizdə öpüşməyəcək ki…” – Rəşid Mahmudovbackend

“Çimərliklər açılmalıdır, camaat dənizdə öpüşməyəcək ki…” – Rəşid Mahmudov

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Yay mövsümü yaxınlaşdıqca hər kəs çimərliklərin açılmasını səbirsizliklə gözləyir. 
Bəs pandemiya dövründə çimərliklərdən istifadə vətəndaşların sağlamlığı üçün nə qədər önəmlidir?

AZXEBER.COM-a açıqlama verən tibb elmləri namizədi, professor Rəşid Mahmudov bildirib ki, pandemiya dövründə çimərliklərin açılması olduqca əhəmiyyətlidir.
O bildirib ki, səhər saatlarında günəşin tərkibində bəzi ultrabənovşəyi şüalar mövcud olur ki, bu da koronavirusun əleyhinə olduqca faydalıdır:
“Əgər insan səhər saat 6-dan 11–ə kimi və axşam saat 5-dən 7-yə dək çimərlikdə olsa, təmiz hava udsa, bogazında və burnunda heç bir virus qalmayacaq”.
Rəşid Mahmudov qeyd edib ki, pandemiya dövründə dənizə üz tutmağın heç bir fəsadı ola bilməz:
“Yalnız çimərlikdə xüsusi maddələr var ki, onlar çox olanda dənizdə çimməyə icazə verilmir, məsələn, penolun miqdarı 284 dən çox olanda çimərliyə icazə yoxdur. Bəzən dənizdə ayrı -ayrı meduzalar, mikroorqanizmlər çox olur ki, bu zaman da çimərliyə üz tutmaq qadağan olur. Yalnız bu hallar istisnadır”.
Professor R.Mahmudov pandemiya dövründə çimərliklərin bağlı olmasının tamamilə yanlış olduğunu vurğulayıb:
“Pandemiya dövründə çimərliklər açılmalıdır, niyə də açılmasın ki? Camaat dənizdə öpüşməyəcək ki? Getsinlər aralı dayansınlar, o orada çimsin, o biri başqa yerdə. Əgər camaat səhər tezdən, təmiz havada çimərliyə gedib, hava alsa, 34 -37 dərəcədən yuxarı şüaların faydalı təsiri nəticəsində orqanizmdə heç bir virus qalmaz.
Həmçinin suyun tərkibində olan  yodlar da çox gözəl effekt verir”.
Rəşid Mahmudov çimərliklərin pullu olmasına da iradını bildirib:
“Mən yalan danışan deyiləm, bu xalq harada çimsin? Çimərliklər pulludu. Bu gün çimərliklərdə demək olar ki, çimməyə yer yoxdur, hər yeri hasarlayıblar.
Allahın dənizidir, camaat harada istəyir gedib çimməlidir. Ölüb gedirsən torpağı, məzarı da pulla satırlar. Hamı pul yığmaqla məşğuldur”.