Tribuna İnformasiya Agentliyi

Çılpaq qadın futbol matçı zamanı şou göstərdi – VİDEO

05 Noyabr

Niderlandda futbol oyunu zamanı çılpaq qadın gözlənilmədən meydana daxil olub.

Oxu.Az xəbər verir ki, hadisə Niderlandın futbol üzrə cempionatının ikinci divizionunun “Rinqsburqks” – “Amsterdam” matçı zamanı baş verib.

Nəticədə qarşılaşma bir müddət dayandırılıb.

Çılpaq fanat futbolçulara toxunmağa çalışsa da, ona əhəmiyyət verən olmayıb.

Üstəlik təhlükəsizlik xidmətinin əməkdaşları da yaranmış duruma müdaxilə etməyiblər. Nəticədə bir müddət sonra qadın özü futbol meydançasını tərk etməli olub.

Oyun qonaqların 6:2 hesablı qələbəsi ilə başa çatıb.