Çikaqo marafonu tarixdə ikinci dəfə ləğv edilibbackend

Çikaqo marafonu tarixdə ikinci dəfə ləğv edilib

Çikaqo marafonunun təşkilatçıları 2020-ci il yarışını ləğv ediblər.

TİA.AZ  xəbər verir ki, bu barədə “Agency France Press” bildirib.

Agentliyin məlumatına görə, buna koronavirus pandemiyası səbəb olub. Qaçış yarış tarixində ikinci dəfə keçirilməyəcək.

Sayca qırx üçüncü hesab edilən Çikaqo marafonunun keçirilməsi oktyabrın 11-də nəzərdə tutulmuşdu. Güman edilirdi ki, yarışda 45 min idmançı iştirak edəcək. Bu idman tədbiri – dünyada altı əsas marafondan biridir. Yarış 1977-ci ildən keçirilir və daha əvvəl bir dəfə, 1987-ci ildə ləğv olunub. Buna səbəb təşkilatçıların sponsoru itirməsi olub.

Daha əvvəl koronavirus Boston, Berlin və Nyu-York marafonlarının ləğvinə səbəb olub.

Tokio marafonu tamaşaçıların iştirakı olmadan keçirilib. London marafonu 26 apreldən 4 oktyabra təxirə salınıb.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki