CHP yeni lider seçirbackend

CHP yeni lider seçir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyası (CHP) yeni lider seçmək üçün növbədənkənar qurultay keçirəcək.

TİA.AZ-ın məlumatına görə, qurultay yaxın 45 gün ərzində təşkil ediləcək.

Növbədənkənar qurultay keçirilməsinin lehinə partiyanın 625 üzvü səs verib.

Qeyd edək ki, Türkiyədə iyunun 24-də keçirilən parlament və prezident seçkilərindən sonra CHP-nin bir sıra üzvləri partiyanın lideri Kamal Kılıçdaroğlunu uğursuz siyasətdə günahlandırmış və ondan seçkilərdə prezidentliyə namizəd olmuş Məhərrəm İncenin xeyrinə vəzifəsini tərk etməyi tələb etmişdilər.