Ceyhun Beyləqanskini güllələyən şəxslər tutuldubackend

Ceyhun Beyləqanskini güllələyən şəxslər tutuldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Türkiyənin İstanbul şəhərində Azərbaycan vətəndaşı Ceyhun Beyləqanskini tapança ilə öldürməkdə şübhəli bilinən 2 azərbaycanlı həbs edilib.
TİA.AZ BAKU.WS-ə istinadla xəbər verir ki, sentyabrın 2-də 33 yaşlı Ceyhunun ölümü ilə nəticələnən silahlı insidentlə bağlı araşdırma aparılıb.
Hadisədən sonra qaçan 2 şübhəli – azərbaycanlı 35 yaşlı A.Zeynal və 29 yaşlı G.Yadigar təqibdən sonra məhəllədə mühafizəçilər tərəfindən yaxalanıb.
Həmçinin hadisə yerindən 2 tapança, 4 güllə və 9 boş giliz götürülüb.
Onlar zərərçəkmişlə aralarında borc problemi olduğunu, telefonla mübahisə etdiklərini, daha sonra Ceyhunun olduğu idman zalına gedərək hadisəni törətdiklərini bildiriblər.
Məhkəməyə göndərilən 2 şübhəli haqqında həbs qətimkan tədbiri seçilib.