CEYHUN BAYRAMOVDAN BELƏ SƏHV TUTDULAR – FOTObackend

CEYHUN BAYRAMOVDAN BELƏ SƏHV TUTDULARFOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xarici İşlər naziri Ceyhun Bayramovun tviti sosial şəbəkələrdə müzakirələrə səbəb olub. TİA.Az xəbər verir ki, nazirin yazdığı cümlədə qrammatik səhv tutulub.
Nazir “Böyük Britaniyanın Azərbaycanın azad edilmiş ərazilərin minadan təmizlənməsi sahəsində fəaliyyətinə verdiyi dəstəyə görə təşəkkür” ifadə edib. “Grammar Azi” səhifəsi isə bu cümlədə yanlışlıq olduğunu yazıb.
Əslində “Böyük Britaniyanın Azərbaycanın azad edilmiş ərazilərinİN minadan təmizlənməsi sahəsində fəaliyyətinə verdiyi dəstəyə görə” olmalıydı.
Burada “ərazilər” sözü iki söz birləşməsinin tərkibində işlənir: “Azərbaycanın əraziləri” və “ərazilərin təmizlənməsi”.
Bu söz birləşmələri birləşdikdə isə aralarında qrammatik əlaqə olmalıdır. Yəni “əraziləri” sözünün növbəti üçüncü növ təyini söz birləşməsinin birinci tərəfi olması üçün ona yiyəlik hal şəkilçisi qoşulmalıdır, çünki “əraziləri” sözündəki “-i” şəkilçisi mənsubiyyət şəkilçisidir. Bu da sosial şəbəkədə polemikaya səbəb olub.

TİA.Az