Ceyhun Bayramov mina xəritələrini verməsi üçün Ermənistana çağırış etdibackend

Ceyhun Bayramov mina xəritələrini verməsi üçün Ermənistana çağırış etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ikisi jurnalist olmaqla, üç Azərbaycan vətəndaşının Kəlbəcərdə mina partlaması nəticəsində həlak olması ilə bağlı başsağlığı verib.
TİA.AZ xəbər verir ki, nazir başsağlığını tvitter səhifəsində yayıb.
“Biz Ermənistanı minalanmış ərazilərin xəritələrini verməyə çağırırıq. Onlar hər gün bu tələbi rədd edirlər. Daha çox həyat təhlükə altındadır!”, – nazir vurğulayıb.