Ceyhun Bayramov İtaliya səfiri ilə sərhəddəki vəziyyətdən danışdıbackend

Ceyhun Bayramov İtaliya səfiri ilə sərhəddəki vəziyyətdən danışdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün xarici işlər naziri Ceyhun Bayramov İtaliyanın ölkəmizə yeni təyin edilmiş səfiri Klaudio Taffurini qəbul edib.

XİN-dən TİA.AZ-a verilən məlumata görə, İtaliya səfiri Klaudio Taffuri etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib.

Nazir səfir Klaudio Taffuriyə münaqişə sonrası bölgədə mövcud olan vəziyyət, üçtərəfli bəyanatların icrası, azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işləri haqqında məlumat verib.

Nazir, Azərbaycan və Ermənistan arasında mövcud olan fikir ayrılıqlarının, o cümlədən, sərhəd gərginliyi məsələlərinin danışıqlar yolu ilə həllinin vacibliyini vurğulayıb.

Səfir Klaudio Taffuri ikitərəfli münasibətlərinin genişləndirilməsi üçün səylərini əsirgəməyəcəyini və bütün istiqamətlər üzrə əməkdaşlığın inkişafı istiqamətində müvafiq addımların atılacağını qeyd edib.