Ceyhun Bayramov bu ölkəyə səfərə dəvət edildibackend

Ceyhun Bayramov bu ölkəyə səfərə dəvət edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün xarici işlər naziri Ceyhun Bayramov Molqolustanın Azərbaycanda akkreditə olunmuş qeyri-rezident səfiri Bold Ravdanı qəbul edib.

XİN-dən TİA.AZ-a verilən məlumata görə, nazir qarşı tərəfə Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti, onun nəticələri, post münaqişə mərhələsi, o cümlədən, azad edilmiş ərazilərdə mövcud olan vəziyyət, mina təhlükəsi, minaların təmizlənməsi, bərpa və quruculuq işlər barədə ətraflı məlumat verib.

Ağdam şəhərinə etdiyi səfəri çərçivəsində səfirin buradakı vəziyyət və aparılan quruculuq işləri ilə yaxından tanış olmaq imkanının olduğu bildirilib.

Səfir Bold Ravdan Monqolustan xarici işlər naziri Battsetseg Batmunhinin həmkarı Ceyhun Bayramova səmimi salamlarını çatdırıb.

Səfir Azərbaycanı öz ərazi bütövlüyünü bərpa etməsi münasibətilə təbrik edib. O, Azərbaycanın azad olunmuş Ağdam şəhərinə təşkil olunmuş səfərin bu ərazilərdəki vəziyyətlə tanış olmaq baxımından olduqca faydalı olduğunu vurğulayıb.

Görüş zamanı səfir, Azərbaycanın xarici işlər nazirini Monqolustana səfərə dəvət edib.

Tərəflər, həmçinin, Xarici İşlər Nazirlikləri arasında məsləhətləşmələrin davam etdirilməsi, müqavilə-hüquq bazasının möhkəmləndirilməsi, habelə iqtisadi-ticarət əlaqələri, turizm sahəsində əməkdaşlıq və digər qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.