Ceyhun Bayramov ABŞ Dövlət katibinin köməkçisi ilə telefon danışığı keçiribbackend

Ceyhun Bayramov ABŞ Dövlət katibinin köməkçisi ilə telefon danışığı keçirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

8 fevral 2021-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramov ilə ABŞ-ın Avropa və Avrasiya məsələləri üzrə Dövlət katibinin köməkçisi vəzifəsini icra edən Filip Riker arasında telefon danışığı baş tutub.

Bu barədə TİA.AZ-a Xarici İşlər Nazirliyindən məlumat verilib.

Tərəflər bölgədə mövcud olan cari vəziyyəti, o cümlədən 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatların icrası ilə bağlı məsələləri müzakirə ediblər.

Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.