Tribuna İnformasiya Agentliyi

Çexiya Prezidentinin adı yenə də qalmaqalda hallanıb

05 May

Çexiyanın bir sıra siyasətçiləri “Barrandov” özəl telekanalına müsahibəsində ölkədə “Noviçok” deyilən zəhərli maddənin istehsalı barədə Prezident Miloş Zemanın bəyanatı ilə əlaqədar onu tənqid ediblər

 “Ağsaqqallar və müstəqillər” hərəkatının sədri Pyotr Qazdik deyib ki, M.Zemanın bəyanatı onun ölkəsinin təbliğatına xidmət etmir.
TOP 09 fraksiyasının lideri Miroslav Kalousekin fikrincə, dövlət başçısının sözləri “rüsvayçılıqdır”.
“Azadlıq və müstəqim demokratiya” hərəkatının sədri Tomio Okamura, əksinə, “Noviçok”un bir ölkədən başqa heç yerdə istehsal edilməməsi barədə yalanı şübhə altına alan Prezidentin addımını müsbət addım sayıb və bəyan edib ki, bu sinir-iflicedici təsirli maddənin həqiqətən Çexiyanın hərbi kimyaçıları tərəfindən istehsal olunmasında və sınaqdan keçirilməsində təəccüblü heç nə yoxdur.