Çexiya iki rus diplomatını ölkədən qovur – Saxta informasiya qalmaqalı böyüdübackend

Çexiya iki rus diplomatını ölkədən qovur – Saxta informasiya qalmaqalı böyüdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çexiyanın baş naziri Andrey Babic deyib ki, onun hökuməti Rusiya səfirliyinin iki əməkdaşını persona – non – qrata elan edib və onların ölkədən çıxması tələb olunub.

İyunun 5-də Praqada xarici işlər naziri Tomas Petriceklə birgə keçirdiyi mətbuat konfransında Babic bildirib ki, bu addım “risin insidenti” kimi tanınan hadisəyə görə atılıb. Sonradan məlum olmuşdu ki, “risin əhvalatı” Rusiya səfirliyi əməkdaşları arasında gedən çəkişmənin nəticəsində baş verib və konkret əsası olmayıb.

Babic bildirib ki, Rusiya diplomatlarından biri məqsədyönlüşəkildəÇexiya rəsmilərinə hücum hazırlandığına dair saxta məlumatıölkə təhlükəsizlik xidmətinə göndərib. Mətbuat konfransı zamanı nə Babic, nə də Petricek jurnalistlərin suallarına cavab verməyiblər. Onlar habelə söhbətin hansı diplomatlardan getdiyini də deməyiblər.

Rusiya səfirliyinin bəyanatında deyilir ki, diplomatların ölkədən çıxarılması qərarı Praqanın iki ölkə arasında münasbətlərin normallaşdırılmasında maraqlı olmadığını göstərən qeyri-dost addımıdır.

Belə görünür ki, qalmaqal Çexiya mediasının Praqadakı Rusiya səfirliyinin Elm və Mədəniyyət Mərkəzinin direktor müavini Andrey Konçakovun ölkəyə risin maddəsi gətirdiyinə dair xəbərləri ilə yaranıb.

Mart ayında Çexiyanın bəzi mediaları zəhərli risin maddəsinin Praqanın meri Zdenek Hribin və paytaxtın daha iki rəsmisi -Ondrey Kolar və Pavel Novotnının qətlə yetirilməsi üçün gətirildiyini iddia edirdilər. Moskva həmin vaxt bu iddiaları qondarma adlandıraraq rədd etmişdi.

O vaxt Çexiyanın həftəlik “Respekt” jurnalı təhlükəsizlik xidmətlərindəki mənbələrə istinadən yazırdı ki, Rusiya kəşfiyyatının agenti bu qətlləri törətmək məqsədilə diplomatik pasportla Praqaya gəlib. Ötən ay Çexiya mediası söhbətin Rusiya kəşfiyyat əməliyyatçısı olduğu iddia edilən Andrey Konçakovdan getdiyini yazmışdı.

Bu xəbərlərlə əlaqədar Çexiya rəsmiləri Kolar, Hrib və Novotnıya daimi polis qoruması verilmişdi. Məsələ burasında idi ki, bu üç siyasətçi bu və ya digər dərəcədə Moskvanı qəzəbləndirən hərəkətlərə yol vermişdilər.

Onlar sovet marşalı İvan Konevin Praqanın mərkəzi parklarından birindəki abidəsinin demontajını dəstəkləmişdilər. Belə düşünülürdü ki, Moskva bu qeyri-dost hərəkətlərin qisasını ala bilər.

Moskva 2018-ci ildə Britaniyada yaşayan keçmiş Rusiya casusu Skripal və onun qızının zəhərlənməsi cəhdində ittiham olunur. Rusiya tərəfi bildirib ki, üç rəsminin öldürülməsi planına dair uydurmalar Praqanın Moskvaya qarşı dezinformasiya kampaniyasının bir hissəsidir. (azadliq.org)