Çerniqovda vurulan Rusiya təyyarəsinin pilotu ələ keçdi (FOTO)backend

Çerniqovda vurulan Rusiya təyyarəsinin pilotu ələ keçdi (FOTO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Vurulan Rusiya təyyarəsinin pilotu Çerniqovda saxlanılıb, digər pilot ölüb.
Qaynarinfo Unian-a istinadla xəbər verri ki, bu barədə Çerniqov vilayəti hərbi-mülki administrasiyasının sədri Vyaçeslav Çaus Telegram-da məlumat verib.
“Vurulan Rusiya SU-25 təyyarəsinin pilotu yenicə Çerniqovda saxlanılıb. İkinci pilot həlak olub. Bu gün düşmənin pilotsuz uçan aparatı da vurulub”, – Çaus deyib.
Xatırladaq ki, dünən Çerniqov vilayətində Ukrayna hava hücumundan müdafiə qüvvələri işğalçıların daha bir hücum təyyarəsini vurmuşdu. Bu barədə “Şimal” əməliyyat komandanlığı məlumat yayıb.
UNİAN-ın daha əvvəl xəbər verdiyi kimi, martın 4-də Ukrayna Silahlı Qüvvələri Rusiyanın üç Su-25 hücum təyyarəsini və üç helikopterini məhv edib.